“Microsoft Edge” məhsulunda kritik boşluq aşkarlanıb - Xəbərdarlıq

14:14 29.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Microsoft Edge” (Chromium-based) məhsulunda kritik boşluq (CVE-2023-36741) aşkar olunub.

Elektron Təhlükəsizlik Xidmətindən hafta.az-a bildirilib ki, kiberdələduz xüsusi hazırlanmış veb-sayt vasitəsilə brauzerə zərərli kodu yerləşdirməklə, bu boşluqdan istifadə edə bilər. Boşluq istismar edilərsə, kiberdələduzun istifadəçinin sistemi üzərində tam nəzarəti ələ keçirməsinə imkan verə bilər.

İstifadəçilərə “Microsoft Edge” (Chromium-based) məhsulunu qısa zamanda ən son versiyaya yeniləmələri tövsiyə olunur.